"Yuventus"da yeni müqavilə
İtaliyanın "Yuventus" klubunda yeni müqavilə imzalanıb.
90plus.az xəbər verir ki, Turin klubunun müdafiəçisi Daniele Ruqaninin sözləşməsinin müddəti uzadılıb. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat verib.
İtaliya millisinin keçmiş üzvü 30 iyun 2028-ci ilədək "Yuventus"un şərəfini qoruyacaq.
Qeyd: Daniele Ruqani 2013-cü ilin yayında "Empoli"dən "Yuventus"a keçib. 31 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "ağ-qaralar"ın heyətində 4 rəsmi oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved