“Yuventus”dan gözlənilməz nəticə
Alyans Arenada sürpriz nəticə: “Yuventus” evdə xal itirdi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 18-ci turu çərçivəsində “Yuventus” doğma “Alyans Arena”da mübariz “Leççe”ni məğlub edə bilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçın ilk hissəsində daha ehtiyatlı oyun nümayiş etdirən qonaqlar fasiləyə üstün yollanıblar. 45+2-ci dəqiqədə L. Banda “Leççe”ni hesabda irəli çıxarıb. İkinci hissənin əvvəlində isə “Yuventus” reaksiyasını göstərib — 49-cu dəqiqədə Makkeniye hesabı bərabərləşdirib.
Qalan dəqiqələrdə Turin təmsilçisi üstünlüyü ələ alsa da, yaradılan imkanlardan yararlanmaq mümkün olmayıb. Nəticədə “Leççe” səfərdə qızıl dəyərində bir xal qazanıb:
Yuventus 1 - 1 Leççe
L.Banda 45+2'
Makkeniye 49’
Qollar: https://t.me/doxsanplus/112964
ℹ️ Bu xal itkisi A Seriyasında yuxarı pillələr uğrunda mübarizə aparan “Yuventus” üçün ciddi büdrəmə kimi qiymətləndirilir. Turnir cədvəlində “Yuventus” 4-cü, “Leççe” isə 16-cı pillədə yer alır.
© Copyright 2026, All Rights Reserved