"Yuventus"dan Premyer Liqa klubuna keçdi
"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luiz yenidən İngiltərəyə dönüb.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu "Nottingem Forest" klubu ilə razılıq əldə edib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.
Duqlas Luiz 2025/2026 mövsümünü icarə əsasında İngiltərə klubunda keçirəcək.
27 yaşlı oyunçunun "Yuventus"la müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir. O, karyerası ərzində "Vasko da Qama", "Mançester Siti", "Jirona" və "Aston Villa"da da çıxış edib.
© Copyright 2025, All Rights Reserved