“Yuventus” 8-ci qələbəsizlik yaşadı
“Yuventus” böhrandan çıxa bilmir – ardıcıl 8-ci oyunda da qələbə yoxdur!
90plus.az xəbər verir ki, “Yuventus” üçün kabus davam edir. Klub ardıcıl üçüncü dəfə məğlub olub və son 8 oyunda qələbə qazana bilməyib. “Latsio” ilə səfər matçında erkən qapısından qol buraxan Turin təmsilçisi A Seriyasında 8-ci pilləyə enib.
Görüşün yeganə qolunu 9-cu dəqiqədə Toma Basiç vurub. Epizod “Yuventus”un hücumçusu Conatan Davidin səhvindən sonra yaranıb. Hər iki komanda bir neçə dəfə penalti tələb etsə də, hakim qərarları böyük narazılıq doğurub:
Latsio 1 - 0 Yuventus
Toma Basic 9'
Qol: https://t.me/doxsanplus/109761
Massimiliano Alleqrinin komandasında zədəlilər siyahısı genişdir: Qleison Bremer, Xuan Kabal, Arek Milik və Karlo Pinsolyoda xəsarət var. Gənc Kenan Yıldız isə dizində ağrı olduğu üçün ehtiyatda saxlanılıb. Qapıda Matya Perin dayanıb, hücum xəttində isə Duşan Vlahoviç–Conatan David tandemi yer alıb.
“Latsio”da isə Mauritsio Sarri bir neçə əsas futbolçudan məhrum idi – Nunu Tavareş, Matteyo Kançelyeri, Tati Kastelyanos, Nikolo Rovella, Samüel Jigo və Fisayo Dele-Başiru oynaya bilməyiblər. Buna baxmayaraq, komanda qələbəni qorumağı bacarıb:
🔹 “Yuventus” – son 8 oyunda qələbəsiz;
🔹 A Seriyasında 8-ci yer;
🔹 Son 3 oyunda ardıcıl məğlubiyyət.
© Copyright 2025, All Rights Reserved