"Yuventus"un hücumçusu 1 ildən sonra yenidən meydanda
Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan "Yuventus"un hücumçusu Arkadiuş Milik nəhayət futbola qayıdıb.
90plus.az xəbər verir ki, polşalı forvard A Seriyasının 30-cu turunda "Sassuolo"ya qarşı keçirilən oyunda (1:1) sonradan meydana daxil olaraq 11 dəqiqə çıxış edib.
34 yaşlı futbolçu 665 günlük fasilədən sonra yenidən meydanda görünüb.
Milikin "Yuventus"da bundan əvvəlki son oyunu 25 may 2024-cü ildə "Monza"ya qarşı (2:0) matça təsadüf edirdi.
Xatırlatma: Arkadiuş Milik 2022-ci ildən Turin klubunun formasını geyinir və onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved