Zaniolo “Atalanta”da!
“Qalatasaray”ın italiyalı futbolçusu Nikolo Zaniolo rəsmən “Atalanta”ya transfer oldu!
90plus.az xəbər verir ki, müqavilənin bir çox detalları aydın olub:
Zaniolo matçların 60 faizində oynadığı təqdirdə satınalma bəndi aktivləşəcək.
Mənbə: Di Marzio
Öncəki xəbər:
İtaliya A Seriyası təmsilçisi “Atalanta” son mövsümünü icarə ilə “Aston Villa”da keçirmiş “Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo keçidini rəsmiləşdirib.
90plus.az xəbər verir ki, Zaniolonun "Atalanta"ya keçidi tezliklə açıqlanacaq.
6 milyon avro icarə haqqı, 14,5 milyon avroya isə birbaşa satın alma şərti var.
Qeyd: Zaniolo bu il Villada heç də yaxşı təsir bağışlamadı, zədə onu İtaliyanın AVRO 2024 heyətindən də kənarda saxladı.
© Copyright 2026, All Rights Reserved