Zaniolo: “Heç kimə yumruq atmamışam”

İtaliyanın “Fiorentina” klubunda icarə əsasında çıxış edən Nikolo Zanyolo “Roma” ilə “Fiorentina” arasında keçirilən U-20 matçından sonra baş verən hadisələrlə bağlı yeni açıqlama verib.
90plus.az xəbər verir ki, gənc futbolçu bir futbolçuya yumruq atdığına dair iddiaları qəti şəkildə rədd edib.
İtaliya Futbol Federasiyası hadisə ilə bağlı araşdırmaya başlasa da, Zanyolo "Corriere dello Sport" nəşrinə verdiyi müsahibədə bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
“Tualetə getmək istədim və ən yaxın yer ‘Roma’nın soyunma otağı idi. İçəri girmək üçün icazə istədim, onlar da gülümsəyərək icazə verdilər. Oradan keçərkən uşaqları təbrik etdim. Tualetdən çıxanda onlardan biri səsli şəkildə məni təhqir etdi. Yanına gedib bunu mənim üçün deyib-demədiyini soruşdum. Əsəbiləşsəm də, heç kimə toxunmadım. Sadəcə sözlü mübahisə yaşandı.”
Futbolçu həmçinin əlavə edib:
“Əllərimi qaldırmadım, nə yumruq, nə də sillə oldu. Təkrar edirəm, əgər səhv etmişəmsə məsuliyyətimi daşıyaram, amma bu dəfə yox. Vicdanım rahatdır və istər federal prokurorla, istərsə də həmin uşaqla danışmaqda problem görmürəm. Çünki sadəcə çiyninə əlimi qoymuşdum, vəssalam.”
Zanyolo keçmişdə etdiyi səhvlərə görə cəzaları qəbul etdiyini də vurğulayıb:
“Əvvəllər hakimi aldatmaq kimi axmaq hərəkətlər etdiyimdə cəzamı qəbul etmişəm. Amma bu dəfə kimsə məni davanı başlayan və uşağa əl qaldıran biri kimi göstərə bilməz.”
© Copyright 2025, All Rights Reserved