"Zenit" Duranı aldı - Futbolçu Rusiyaya getdi
Kolumbiyalı hücumçu Con Duran "Zenit"lə müqavilə bağlamaq üçün Sankt-Peterburqa səfər edib.
90plus.az xəbər verir ki, Sankt-Peterburq klubu futbolçu və onun komandası "Əl-Nəsr" ilə son razılığa gəlib.
Müqaviləyə görə, forvard mövsümün sonuna qədər icarəyə götürülür, yayda isə 35 milyon avro məbləğində məcburi alınma bəndi qüvvəyə minəcək.
Duran sabah tibbi yoxlamadan keçərək "Zenit"lə rəsmi müqavilə imzalayacaq.
© Copyright 2026, All Rights Reserved