"Zenit"ə yeni transfer!
"Torino" klubunun oyunçusu İvan İliç Rusiya klubu "Zenit"lə razılığa gəlib.
90plus.az xəbər verir ki, transferin məbləği 25 milyon avro olacaq. Məbləğin 3 milyon avrosunu "Zenit" futbolçuya bonus kimi ödəyəcək.
İtaliyanın "Torino" klubu ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq İliçin dəyəri "Transfermarkt" portalında 18 milyon avro olaraq qiymətləndirir.
Qeyd: Futbolçu 2023/2024 mövsümündə oynadığı 36 matçda 4 qola və 3 məhsuldar ötürməyə imza atıb.
Mənbə: Tuttomercatoweb
© Copyright 2026, All Rights Reserved