“Zirə” 3 tur sonra uddu
“Zirə” 3 turdan sonra qələbə qazandı – “Sumqayıt” geriləməni davam etdirir.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə” doğma meydanda “Sumqayıt”ı minimal hesabla məğlub edib – 1:0.
Matçın yeganə qolunu 37-ci dəqiqədə Baçan Konate vurub. Bu qolla Rəşad Sadıqovun komandası son üç oyunda qələbə həsrətinə son qoyub:
Zirə 1-0 Sumqayıt
Konate B. 37’
Qol: https://t.me/doxsanplus/109641
“Sumqayıt” isə ardıcıl qeyri-sabit çıxışını davam etdirir. “Kimyaçılar” son beş qarşılaşmanın üçüncüsündə məğlub olublar.
Bu nəticədən sonra 16 xalı olan “Zirə” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 14 xal toplayan Sasa İliçin komandası isə altıncı yerdə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved