“Zirə” çempion oldu!
Minifutbol üzrə Azərbaycan çempionatında yeni çempion müəyyənləşib.
90plus.az xəbər verir ki, final qarşılaşmasında “Zirə” komandası “Birbaşa Bakı” ilə üz-üzə gəlib. Oyun “Zirə”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb və komanda çempion tituluna yiyələnib.
Üçüncü yer uğrunda keçirilən görüşdə isə “Aznur” komandası “Sumqayıt”ı məğlub edərək bürünc medalları qazanıb.
Xatırlatma: Əvvəlki mövsümün çempionu məhz “Birbaşa Bakı” kollektivi olmuşdu.
© Copyright 2026, All Rights Reserved