"Zirə"dən 8-0-lıq qələbə

Azərbaycan minifutbol çempionatında yarımfinal mərhələsinin cütləri bəlli olub.
90plus.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra yarımfinala yüksələn komandalar müəyyənləşib.
Cavab oyunlarında "Zirə" "Star Bakı"nı 8:0 (ilk oyun 7:1), "Galaxy" "Sumqayıt"ı 8:3 (ilk oyun 0:1), "Göyçə" "Aznur"u 1:0 (3:6), "Birbaşa Bakı" isə "Laçın"ı 10:1 (13:0) hesabı ilə məğlub edib.
Nəticədə, finala yüksəlmək uğrunda "Birbaşa Bakı" "Galaxy" ilə, "Zirə" isə "Aznur" ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk oyunları fevralın 12-də keçiriləcək.
© Copyright 2025, All Rights Reserved