"Zirə"də ciddi itki
“Zirə”nin heyətində ciddi itki qeydə alınıb.
90plus.az xəbər verir ki, qəsəbə klubunun əsas oyunçularından biri olan Ayron Qomis zədələnib.
Fransalı yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirilən cavab görüşünün 76-cı dəqiqəsində zədə alaraq meydanı tərk edib. Aparılan tibbi müayinədən sonra onun zədəsinin ağır olduğu müəyyənləşib. 26 yaşlı futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.
“Sumqayıt”la oyun “Zirə”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qarşılaşma qolsuz heç-heçə başa çatdığı üçün Rəşad Sadıqovun çalışdırdığı kollektiv yarımfinala vəsiqə qazanıb.
Ayron Qomis 2024-cü ilin sentyabr ayından “Zirə”nin formasını geyinir. O, cari mövsümdə “qartallar”ın heyətində keçirdiyi 25 rəsmi matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved