"Zirə"dən yubiley qol

“Zirə” klubu tarixində 500-cü qolunu vurub.
90plus.az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqası yayıb. Yubiley qolu Misli Premyer Liqasının V turunda “Şamaxı” ilə keçirilən ev oyununda qeydə alınıb.
Həmin qarşılaşmada paytaxt təmsilçisinin bərabərlik qolunu vuran Martins Junior komandanın 500-cü qoluna imza atıb. Braziliyalı futbolçu eyni zamanda dubl edərək bu göstəricini 501-ə yüksəldib.
“Zirə” Premyer Liqa çərçivəsində 368, ölkə kubokunda 59, birinci divizionda 55 və avrokuboklarda 19 dəfə rəqib qapılarına yol tapıb. Komanda ümumilikdə evdə 273, səfərdə 226, neytral meydanlarda isə 2 qol vurub.
Xatırlatma: 2014-cü ildə təsis olunan klubun ilk qolu həmin il sentyabrın 7-də MOİK-lə keçirilən birinci divizion matçında (1:0) Aslan Hüseynov tərəfindən vurulub.
© Copyright 2025, All Rights Reserved