"Zirə"nin futbolçusu üçün yubiley matçı

Misli Premyer Liqasının 5-ci turu “Zirə”nin futbolçusu Qismət Alıyev üçün xüsusi əhəmiyyət daşıyıb.
90plus.az xəbər verir ki, o, paytaxt klubunun heyətində 150-ci çempionat oyununu keçirib.
Bu yubiley “Şamaxı” ilə keçirilən (2:1) oyuna təsadüf edib. Qismət Alıyev 150 matçda ümumilikdə 12 qol vurub. Onun klubdakı debütü 2020/21 mövsümünə təsadüf edir. Alıyev 2020-ci il oktyabrın 18-də “Sumqayıt”a qarşı səfər oyununda (1:2) tam müddət meydanda olub.
Qeyd: Qismət eyni klubda ən azı 150 oyun keçirmiş Azərbaycan çempionatları tarixində 62-ci futbolçu kimi adını yazdırıb.
© Copyright 2025, All Rights Reserved