“Zirə”nin rəqibi əsas heyətdən futbolçu itirdi
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Hayduk” ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu əsas heyət futbolçusundan məhrum olub. Split təmsilçisinin vacib oyunçularından Dominik Prpiç Portuqaliyanın nəhəngi “Portu”ya transfer olunub.
Bu transfer qarşıdakı avrokubok matçları öncəsi “Hayduk”un heyətində ciddi boşluq yarada bilər. Gənc və istedadlı Prpiç klubun müdafiə xəttində əsas fiqurlardan biri hesab olunurdu.
Qeyd: “Zirə” və “Hayduk” arasındakı ilk oyun iyulun 24-də Bakıda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved