Ziya dünya çempionu oldu

Ziya Babaşov dünya çempionu oldu!
90plus.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Final görüşündə Babaşov moldovalı Vitali Yeryomenko ilə üz-üzə gəlib və 6:3 hesabı ilə inamlı qələbə əldə edərək dünya çempionu tituluna yiyələnib.
Qeyd: Yarışda digər təmsilçimiz Elmir Əliyev (55 kq) də final mərhələsinə yüksəlib.
© Copyright 2025, All Rights Reserved