"20 Yanvar" faciəsindən 36 il ötür
Bu gün Azərbaycanın tarix salnaməsində mühüm yer tutan səhifələrdən biri - "20 Yanvar" faciəsinin 36-cı il dönümüdür.
90plus.az xəbər verir ki, 1990-cı ildə ölkəmizin azadlıq səsini boğmaq üçün Sovet İmperiyasının tankları yalın əlli, dinc insanların üzərinə göndərildi. Ancaq bu belə müstəqillik, azadlıq hayqırışları edən xalqın dəmir iradəsini qıra bilmədi. 19-dan 20-inə keçən gecə Bakıda hava soyuq olsa da, insanların axan qanları şəhəri isitməyə bəs etdi. Yenə də, bu xalq geri durmadı. 7-dən, 70-ə hər kəs ölkəsini müstəqil görmək arzusu ilə murdarxislətli, imperialist qüvvələrin tankları üzərinə yürüdülər.
Rəsmi məlumatlara görə həmin gün Bakı 131-170 arası vətəndaşını itirdi. Allah şəhidlərimizə rəhmət etsin.
Azərbaycan 1991-ci ilin 18 oktyabrında müstəqilliyini yenidən bərpa etdi. Ölkədə hökm sürən xaos xalqı yenidən o günlərə qaytarmamaq üçün düzgün seçim etməyə sövq etdi. Azərbaycan xalqı 1993-cü ildə Ümumilli lider Heydər Əliyevi prezident seçdi. Ölkəmiz o gündən bəri davamlı şəkildə çiçəklənməyə başladı. Bu günkü gündə siyasi aləmdə sözünü deyən, dünyaya reallıqları çatdıra bilən ölkənin müstəqillik təməlləri 1990-cı ildə 20 yanvar günü atıldı...
© Copyright 2026, All Rights Reserved