Adem Bonanın 'Double-Double'ı kifayət etmədi - NBA nəticələr
NBA-də "Filadelfia 76ers" komandası türkiyəli basketbolçu Adem Bonanın "double-double" etdiyi qarşılaşmada "Mayami Hit"ə 95-118 hesabı ilə məğlub oldu.
90plus.az xəbər verir ki, Adem Bona 16 xal və 10 ribaundla mübarizə aparsa da, ev sahibləri üçün bu kifayət etmədi. "Filadelfia 76ers"də Cerrad Batler 19 xal və 10 asist, Castin Edvards isə 17 xal ilə diqqət çəkdi. "Mayami Hit" tərəfində isə Tayler Herro 30 xal ilə ön plana çıxarkən, Alek Börks 20 xal, Kelel Uare isə 13 xal və 14 ribaundla komandasının qələbəsinə mühüm töhfə verdi.
Digər nəticələr
Orlando Mecik-Sakramento Kinqs: 121-91
Uaşinqton Uizards-Bruklin Nets: 112-115
Filadelfia 76ers-Mayami Hit: 95-118
San Antonio Spörs-Boston Seltiks: 111-121
Oklahoma Siti Tander-Indiana Peysrs: 132-111
Memfis Qrizzlies-Los Encls Leykers: 127-134
© Copyright 2026, All Rights Reserved