Aşraf Hakimi “Real”a dönə bilər
Hakimi “Real Madrid”ə qayıda bilər – yay transferinin bombasından biri hazırlanır.
90plus.az xəbər verir ki, transfer bazarında böyük səs-küy yaradacaq iddialardan biri gündəmə gəlib. PSJ-nin ulduz futbolçusu Aşraf Hakimi bu yay “Real Madrid”ə qayıtma variantını nəzərdən keçirir.
Məlumata görə, Madrid klubu da mərakeşli müdafiəçini yenidən heyətinə qatmaqda ciddi maraqlıdır. “Kral klubu”nun rəhbərliyi sağ cinah müdafiəsini gücləndirmək üçün Hakimini əsas namizədlərdən biri kimi görür.
Qeyd: Aşraf Hakimi vaxtilə “Real Madrid”in yetirməsi olub və əsas komandada da çıxış edib. Onun yenidən “Santyaqo Bernabeu”ya qayıdışı yay transfer pəncərəsinin ən səs-küylü keçidlərindən birinə çevrilə bilər.
Hazırda tərəflər arasında rəsmi danışıqlar barədə dəqiq məlumat yoxdur.
© Copyright 2026, All Rights Reserved