AFCON, Final: Kuboku Seneqal uddu
Sadio Mane komandası ilə AFCON 2025-i qazandı.
90plus.az xəbər verir ki, Seneqal millisinin kapitanı Sadio Mane üçün bu, milli komanda ilə son turnir olub. Final oyununda Mane komandası üçün həm meydanda, həm də xarakteri ilə diqqət çəkib.
Oyun zamanı penalti qərarına etiraz olaraq, baş məşqçinin göstərişi ilə komanda paltardəyişmə otağına getmək istəsə də, Sadio Mane futbolçuları təkidlə meydana qaytarıb:
“Ey, hara gedirsiniz? Geri, meydana qayıdın.”
VİDEO: https://t.me/doxsanplus/113505
Oyun 1:0 hesabı ilə Seneqalın xeyrinə yekunlaşıb. Qalibiyyəti təmin edən yeganə qol 94-cü dəqiqədə Pape Qeyenin vurduğu penalti olub. Braziliyalı futbolçu Brahim Dias penaltiyi qol edə bilməyib və bu epizod sosial mediada geniş müzakirə olunub.
Diasın qol olmayan penaltisi:
https://t.me/doxsanplus/113494
Beləliklə, Seneqal AFCON 2025 çempionu olub və Sadio Mane turnirin ən yaxşı oyunçusu seçilib. Bu qələbə həm onun milli komandadakı karyerasını taçlandırıb, həm də Seneqal futbol tarixinə yeni səhifə əlavə edib:
Seneqal 1 - 0 Mərakeş
P. Gueye 94’
Qol: https://t.me/doxsanplus/113496
AFCON, Final
© Copyright 2026, All Rights Reserved