AFCON: Mərakeş finalda, Nigeriya sağollaşdı
Mərakeş AFCON-un finalında: Rabatda dramatik gecə yaşandı!
90plus.az xəbər verir ki, 2025 Afrika Millətlər Kubokunun yarımfinalında ev sahibi Mərakeş gərgin keçən oyunda Nigeriyanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək finala yüksəldi.
Qəhrəmanlar:
• Yassin Bunu – Çukvueze və Onyemaeçinin penaltilərini dəf etdi
• Yusuf En-Nesiri – həlledici penaltini dəqiq yerinə yetirdi.
Oyun boyu real qol imkanları az oldu. Nigeriyanın Osimhen və Lukman kimi ulduzları ciddi təhlükə yarada bilmədi. Mərakeş isə səbirli oyunla istədiyinə çatdı:
Nigeriya 0 - 0 Mərakeş
Penaltilər: 2-4
Afrika Millətlər Kuboku, yarımfinal
ℹ️ Maraqlı faktlar:
• “Atlas şirləri” 2004-dən sonra ilk dəfə Afcon finalında
• Mərakeş son dəfə 1976-cı ildə çempion olub
Final Rabatda, bazar günü keçiriləcək.
🏆 Final: Mərakeş - Seneqal
© Copyright 2026, All Rights Reserved