AFFA ilə FIFA saziş imzaladı - MƏQSƏD
AFFA Azərbaycan futbolunun beynəlxalq arenadakı tanınmasını gücləndirmək məqsədilə FİFA ilə lisenziya sazişi bağlayıb.
90plus.az xəbər verir ki, müqavilə lisenziya dövrü ərzində — 1 sentyabr 2028-ci il tarixinədək — AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlardan seçilmiş oyunları və video materialları əhatə edir. Bu çərçivəyə Azərbaycan qadınlardan ibarət milli komandasının yoldaşlıq görüşləri və Millətlər Liqasının seçmə matçları, Yüksək Qızlar Liqasında hər turdan seçilən iki qarşılaşma, AFFA-nın bayrağı altında təşkil olunan aşağı yaş qrupları üzrə liqalar, eləcə də sənədli filmlər və istək əsasında təqdim olunan video məzmun daxildir. Tərəflər arasında razılaşma olduğu halda siyahıya əlavə turnirlər də salına bilər.
Seçilmiş materiallar Azərbaycan futbolunun beynəlxalq rəqəmsal platformalarda mövqeyini möhkəmləndirmək və AFFA-nın qlobal auditoriyasını genişləndirmək məqsədilə FİFA-nın rəsmi yayım platforması olan FIFA+ üzərindən nümayiş etdirilə bilər.
© Copyright 2026, All Rights Reserved