Alkaras Cokoviçi uddu, rekord qırdı
Karlos Alkaras Avstraliya Açıq-2026 finalında Novak Cokoviçi məğlub etdi.
90plus.az xəbər verir ki, Avstraliya Açıq turnirinin tək kişilər finalında 1 nömrəli favorit Karlos Alkaras 4 nömrəli Novak Cokoviçi 3-1 hesabı ilə məğlub edərək çempion oldu. Bu, Alkaras üçün Avstraliya Açıqdakı ilk qələbədir və onun karyerasında "Qran-Slam" tamamlamasına səbəb oldu.
Finala qədər turnirdə möhtəşəm oyun sərgiləyən Alkaras, Novak Cokoviçi ardıcıl setlərdə 2-ci setdə 6-2, 3-cü setdə 6-3 və 4-cü setdə 7-5 hesabı ilə məğlub edərək çempionluğa yüksəldi. Cokoviç isə ilk seti 6-2 hesabı ilə qazanmışdı.
İspaniyalı tennisçi əvvəllər Vimbldon, Fransa Açıq və ABŞ Açıq turnirlərində çempionluq qazanmışdı. Avstraliya Açıqdakı bu qələbəsi ilə Alkaras karyerasında yeddinci "Qran Slam" titulunu əldə etmiş oldu və bu nailiyyəti ilə tarixdə karyerasında "Qran Slam" edən ən gənc kişi tennisçi ünvanını qazandı.
22 yaş 272 günlü Alkaras, 1938-ci ildə Fransa Açıq turnirində qran slam edən Don Bacın (22 yaş 363 gün) 87 illik rekordunu da qırdı.
© Copyright 2026, All Rights Reserved