Almaniya klubu baş məşqçisi ilə sağollaşdı
Almaniyanın “Verder Bremen” klubunda baş məşqçi Horst Steffen vəzifəsindən ayrılıb.
90plus.az xəbər verir ki, klub bu barədə rəsmi açıqlama yayıb:
“Bu qərarı vermək bizim üçün asan olmadı. Lakin uzun müddət davam edən qələbəsiz seriyadan sonra Horst Steffenin hazırkı vəziyyətdə komandamız üçün uyğun seçim olduğuna artıq əmin deyilik. İdman vəziyyətini və son müzakirələri diqqətlə dəyərləndirdikdən sonra bu qənaətə gəldik. Buna görə də, Horst Steffenlə yolları ayırmaq qərarı verdik. Yeni baş məşqçinin təyin olunması istiqamətində aktiv iş aparılır”.
Hazırda komanda turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Baş məşqçi təyin olunana qədər Rafael Duarte və Kristian Qross kollektivə müvəqqəti olaraq rəhbərlik edəcəklər.
© Copyright 2026, All Rights Reserved