May 26, 20211 min

Avropa Liqasının qalibi müəyyənləşir

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək. 90plus.az
 

 
90plus.az xəbər verir ki, həlledici matçda İspaniya "Vilyarreal"ı İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gələcək. Polşanın Qdansk şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.
 

 
Qeyd edək ki, "Qarabağ"ın yer aldığı I qrupundan lider kimi pley-off adlayan "Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasında final oynayacaq.
 

 
Avropa Liqası, final
 

 
26 may
 

 
23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
 
Baş hakim: Kleman Türpen (Fransa)
 
Polşa, Qdansk stadionu.

    0