Mar 25, 20221 min

DÇ-2022: Pley-offdan daha 4 finalçı bəlli olub!

2022-ci il dünya çempionatının pley-off mərhələsinin final görüşünə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

90plus.az xəbər verir ki, bu hüquqa İsveç millisi Çexiya üzərində minimal hesablı qələbə sayəsində yiyələnib. Əsas vaxtı qolsuz tamamlanan görüşdə yeganə qolu 110-cu dəqiqədə Robin Kuayson vurub.

Daha əvvəl bu hüquqa Portuqaliya, Şimali Makedoniya, Uels və Polşa da sahib çıxıb.

Beləliklə, martın 29-da keçiriləcək final görüşlərində qarşılaşacaqlar:

Uels - Şotlandiya / Ukrayna cütünün qalibi
 
Portuqaliya - Şimali Makedoniya
 
Polşa - İsveç

DÇ-2022, pley-off mərhələsi
 
Yarımfinal
 
24 mart

A yolu
 
23:45. Uels - Avstriya - 2:1

Qollar: Qaret Beyl, 25; 51 - Ben Devis, 65 (öz qapısına)

B yolu
 
23:45. İsveç - Çexiya - 1:0 (ƏLAVƏ VAXT - 1:0)

Qol: Robin Kvayson, 110

C yolu
 
23:45. İtaliya - Şimali Makedoniya - 0:1

Qol: Aleksandar Traykovski, 90+2

23:45. Portuqaliya - Türkiyə - 3:1

Qollar: Otavio, 15. Dioqu Jota, 42. Mateus Nunes, 90+4 - Burak Yılmaz, 65

"Qaçırılan" penalti: Burak Yılmaz, 85 (Türkiyə)

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

    0