Feb 28, 20231 min
Türkiyə Superliqasının 24-cü turunda keçiriləcək "Kayserispor" - "Fənərbaxça" oyununa qonaq komandanın azarkeşləri buraxılmayacaq.
90plus.az xəbər verir ki, bununla bağlı Kayseri Təhlükəsizlik Şurası qərar verib. İstanbul təmsilçisinin azarkeşləri fevralın 25-də oynanılan ölkə çempionatının 23-cü turunun təxirə salınmış "Konyaspor"la matçında "Hökumət istefa" şüarı səsləndirib. Kayseri Təhlükəsizlik Şurası "Kayserispor"un stadionunda siyasi şüarların səsləndilməsininin qarşısını almaq üçün bu addımı atıb.
Qeyd edək ki, "Kayserispor" - "Fənərbaxça" qarşılaşması martın 4-ü keçiriləcək.