Jan 19, 20211 min

"Fənərbağça"dan inamlı qələbə

Türkiyə Superliqasında 19-cu tura yekun vurulub.

"90plus.az" xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib.
 

 
“Kasımpaşa” evində “Ərzurumspor”a uduzub - 1:2. “Fənərbağça” isə autsayder “Ankaragücü” üzərində 3:1 hesabı ilə qələbə çalıb.
 

 
Hazırda turnir cədvəlinə 38 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbağça" eyni xalla 2-ci, "Qaziantep" 34 xalla 3-cüdür.

18 yanvar
 

 
"Kasımpaşa" – "Ərzurumspor" - 1:2
 
Qollar: Telin, 73 – Alkılıç, 31, Qomes, 68
 

 
"Fənərbağça" – "Ankaragücü" - 3:1
 
Qollar: Tiam, 28, Samatta, 34, Valensia, 67 – Güral, 90+3

    0