Jan 27, 20221 min

"Neftçi"dən Portuqaliya klubuna

“Neftçi”dən ayrılan Harramiz Soaresin yeni klubu məlum olub.
 

 
90plus.az xəbər verir ki, o, karyersını Portuqaliya 2-ci liqa təmsilçisi “Farense”də davam etdirəcək. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 

 
Xatırladaq ki, Harramiz 2021-ci ilin iyulundan 2022-ci ilin yanvarına qədər “Neftçi”də çıxış edib. O, Paytaxt klubunda 11 oyuna çıxıb.
 

    0