top of page

"Neftçi"dən Portuqaliya klubuna


“Neftçi”dən ayrılan Harramiz Soaresin yeni klubu məlum olub. 90plus.az xəbər verir ki, o, karyersını Portuqaliya 2-ci liqa təmsilçisi “Farense”də davam etdirəcək. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Xatırladaq ki, Harramiz 2021-ci ilin iyulundan 2022-ci ilin yanvarına qədər “Neftçi”də çıxış edib. O, Paytaxt klubunda 11 oyuna çıxıb.

0 comments
bottom of page