Mar 141 min

Çempionlar Liqası: 1/4 finala gedənlər bəllidir

Çempionlar Liqasında 1/8 final mərhələsi iki oyunla başa çatıb.

90plus.az xəbər verir ki, "Atletiko Madrid" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu "İnter"i 2:1 üstələyib və ümumi hesab 2:2 hesabı ilə yekunlaşıb. Qalibi müəyyənləşdirən penaltilər seriyasında daha dəqiq olan  "Atletiko" 1/4 finala vəsiqə qazanıb:

Atletiko Madrid 2-1 İnter

(Ümumi hesab: 2-2)

Penaltilər: 3-2

Dimarko 33'

Qrizman 35'

Qollar:

https://t.me/doxsanplus/78021

https://t.me/doxsanplus/78026

Borussia Dortmund isə ilk matçda heç-heçə etdiyi PSV üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib:

Borussiya Dortmund 2-0 PSV

(Ümumi hesab: 3-1)

Sanço 3'

Reus 90'

Qollar:

https://t.me/doxsanplus/78017

https://t.me/doxsanplus/78027

Beləliklə, UEFA Çempionlar Liqasında 1/4 finalçıların hamısı bəllidir.

Real Madrid - İspaniya

Barselona - İspaniya

Atletiko Madrid - İspaniya

Mançester Siti - İngiltərə

Arsenal - İngiltərə

Bayern Münhen - Almaniya

Borussia Dortmund - Almaniya

PSJ - Fransa

1/4 finalın püşkatması cümə günü 15:00-da keçiriləcək.

    0