Jun 8, 20211 min

ÇL-də mövsümün ilk püşkü atıldı

Çempionlar Liqasında 2021/2022 mövsümünün ilk püşkü atılıb.

90plus.az
 
90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən, turnirin ilkin mərhələsində yarımfinal cütləri bəlli olub.


 
"Folqore" (San-Marino) - "Priştina" (Kosova)
 
"HB Torshavn" (Farer adaları) - "İnter Eskaldes" (Andorra)
 

 
Qeyd edək ki, yarımfinal matçları iyunun 22-də, final isə iyunun 25-də olacaq. Farer adalarında oynanılacaq görüşlər bir oyundan ibarət olacaq.
 

Finalda qalib olan komanda Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Digər 3 komanda isı mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək.

    0