Anxel Di Maria: "Kilian Mbappe hal-hazırda dünyanın ən yaxşı oyunçusudur"
Anxel Di Maria "Real Madrid"in ulduzu və keçmiş komanda yoldaşı Kilian Mbappeni hal-hazırda dünyanın ən yaxşı oyunçusu kimi qiymətləndirib.
90plus.az xəbər verir ki, Di Maria bu sözləri deyib:
"Kilian illərdir dünyanın ən yaxşılarından biridir. Komanda uğurları əlbəttə fərdi mükafatlara təsir edir, amma hər gün göstərir ki, o, böyük futbolçulardandır və bu gün o, ən yaxşısıdır. O, öz oyun üslubunu tapdıqdan sonra, oyun taleyini dəyişdirən bir futbolçuya çevrildi," deyə "Rosario Sentral" ulduzu bildirib.
Mbappe bu mövsüm inanılmaz formadadır, bütün yarışlarda 34 qol və 5 asistlə çıxış edib.
© Copyright 2026, All Rights Reserved