"Araz Naxçıvan" yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" yeni baş məşqçisi ukraynalı Andrey Demçenko ilə "5 ay+1 il" müddətinə müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində "İmeks", "Metallurq" (Zaporoje), "Veres", "Lvov", "Metallist 1925", "Bukovina" klublarını çalışdırıb. O, müxtəlif illərdə Özbəkistanın "Obod", həmçinin Gürcüstanın "Dila" və "Dinamo" (Batumi) komandalarına rəhbərlik edib.
50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan "Jenis"inin baş məşqçisi olub. Ukraynalı baş məşqçinin köməkçiləri barədə əlavə məlumat veriləcək.
© Copyright 2026, All Rights Reserved