Arbeloa: "Real Madrid" taktika ilə izah edilə bilməz”
“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa “Monako” üzərində 6:1 hesablı qələbədən sonra mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
90plus.az xəbər verir ki, gənc mütəxəssis “Real Madrid”in klub mədəniyyətini və ruhunu xüsusi vurğulayıb.
Qarşılaşmadan sonra özünəinamlı çıxışı ilə seçilən Arbeloa sosial mediada da gündəm olub. O, “Real Madrid”in böyüklüyünün yalnız taktiki yanaşmalarla ölçülmədiyini bildirib.
Arbeloa açıqlamasında belə deyib:
“Əgər rəqib komandanın başında olsaydım, nəticə yenə eyni olardı. Bu həftə məşqdən daha çox mətbuat konfransında iştirak etdim, amma tablo hər şeyi göstərir”.
“Real Madrid”in sadəcə meydandakı düzülüşdən ibarət olmadığını qeyd edən ispaniyalı çalışdırıcı fikirlərini belə davam etdirib:
“‘Real Madrid’ oyun üslublarından və taktiki anlayışlardan çox-çox üstündür. Bu klub hər şeydən əvvəl ehtiras, xarakter, ambisiya və zəhmət deməkdir. Biz sadəcə futbol oynamırıq, bu gerbin ruhunu meydana daşıyırıq”.
© Copyright 2026, All Rights Reserved