Arbeloadan Bernabeuya: "Vinisiusun dəstəyə ehtiyacı var"
Arbeloadan “Real Madrid” azarkeşlərinə çağırış: Vinisiusun Bernabeunun dəstəyinə ehtiyacı var.
90plus.az xəbər verir ki, “Real Madrid”in sabiq futbolçusu Alvaro Arbeloa Vinisius Juniorun ötən həftəsonu Santyaqo Bernabeu stadionunda azarkeşlərdən gördüyü münasibət barədə fikirlərini bölüşüb.
Arbeloa bildirib ki, Vinisiusun və bütün futbolçuların Bernabeu tribunalardan dəstək alması çox vacibdir:
“Onun istədiyi və mənim də ümid etdiyim, arzuladığım şey Bernabeunun bütün futbolçulara, xüsusilə də Vinisiusa dəstək verməsidir”.
Sabiq müdafiəçi braziliyalı ulduzun klub tarixindəki rolunu xüsusi vurğulayıb:
“O, uzun illərdir öz tarixini yazır. Bizə iki möhtəşəm Çempionlar Liqası titulunu qazandırıb. Ən yaxşı oyununu göstərə bilməsi üçün onun Bernabeunun dəstəyinə ehtiyacı var”.
Arbeloa Vinisiusun xarakterinə də toxunub:
“Onun çox böyük ürəyi var və olduqca emosionaldır. Onun futbolu da bunu əks etdirir. Məşqçi kimi Bernabeunun Vinisiusun və bütün futbolçuların arxasında olduğunu görmək istərdim”.
Qeyd: Vinisius Juniorun son oyunlarda azarkeşlərin reaksiyası ilə üzləşməsi İspaniya mediasında geniş müzakirə mövzusuna çevrilib.
© Copyright 2026, All Rights Reserved