Argentinada məşhur stadionunun tutumu artırılır
“River Pleyt” klubu “Monumental” stadionunda aparılacaq yenidənqurma işləri ilə bağlı planlarını ictimaiyyətə təqdim edib.
90plus.az xəbər verir ki, təmir işlərindən sonra arenanın tamaşaçı tutumu 101 min yerə çatdırılacaq. Layihə çərçivəsində stadion tam dam örtüyü ilə də təmin olunacaq.
Yenidənqurma başa çatdıqdan sonra “Monumental” dünyanın ikinci ən böyük stadionu statusunu qazanacaq. Tikinti işlərinə aprel ayında start veriləcək və prosesin ən azı 36 ay davam edəcəyi bildirilir. Stadionun 2029-cu ilə qədər tam hazır olacağı gözlənilir. Klub rəhbərliyi, həmçinin, təmirin idman tədbirlərinin keçirilməsinə mane olmayacağını vurğulayıb.
Qeyd: “River Pleyt” bu layihəyə 100 milyon ABŞ dollarından artıq vəsait ayırmağı planlaşdırır.
© Copyright 2026, All Rights Reserved