“Arsenal” Saka ilə razılığıa gəldi
İngiltərə Premyer Liqasında lider olan “Arsenal” daxili transfer çalışmalarını davam etdirir. London klubu ulduz futbolçusu Bukayo Sakanın müqaviləsini uzatmağa hazırlaşır.
90plus.az xəbər verir ki, Şimali London təmsilçisi Sakanın sözləşməsini 2031-ci ilə qədər yeniləyəcək. Klub rəhbərliyi 24 yaşlı cinah oyunçusunu uzun illər heyətdə saxlamaq niyyətindədir.
İngilis mətbuatında yer alan xəbərlərə əsasən, yeni müqavilə ilə Sakanın həftəlik maaşı 300 min funt-sterlinqə yüksələcək. Bu da onu “Arsenal”ın ən çox qazanan futbolçularından birinə çevirəcək.
Qeyd edək ki, “Arsenal” daha əvvəl yay transfer dönəmində Uilyam Saliba, Qabriel, İtan Nvaneri və Mayls Lyuis-Skellinin də müqavilələrini uzatmışdı.
Klubun akademiyasından yetişən Bukayo Saka bu mövsüm 27 oyunda meydana çıxaraq 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis futbolçu “Arsenal”ın əsas komandasına 2019/20 mövsümündə yüksəlmişdi.
© Copyright 2026, All Rights Reserved