"Atletiko Madrid"də Sörlot şoku: Xəstəxanaya aparıldı
La Liqanın 22-ci turunda "Atletiko Madrid" səfərdə "Levante" ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, "Ciutat de València Stadionu"nda keçirilən matçın ilk yarısında norveçli futbolçu Alexander Sörlot və "Levante" oyunçusu Matias Moreno ilə kəllə-kəlləyə toqquşub.
Dərhal yerə yıxılan Sörlot, tibbi heyətin tövsiyəsi ilə müayinə üçün xəstəxanaya aparılıb. "Atletiko Madrid" klubundan verilən açıqlamada, norveçli hücumçuya müxtəlif testlərin ediləcəyi bildirilib.
© Copyright 2026, All Rights Reserved