Avropa Liqası: 1/8-ə və pley-offa gedənlər
Avropa Liqasında 7-ci turun bütün oyunları keçirildi – 18 matç bir gündə baş tutdu!
90plus.az xəbər verir ki, bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turu çərçivəsində bütün görüşlər eyni gündə baş tutub. Tur ərzində 18 qarşılaşma oynanılıb və turnir cədvəli baxımından bir sıra vacib məqamlar dəqiqləşib.
7-ci turun nəticələri:
Feyenoord 3 - 0 Şturm
(Niderland – Avstriya)
Fənərbağça 0 - 1 Aston Villa
(Türkiyə – İngiltərə)
PAOK 2 - 0 Betis
(Yunanıstan – İspaniya)
Viktoriya 1 - 1 Portu
(Çexiya – Portuqaliya)
Yanq Boys 0 - 1 Lion
(İsveçrə – Fransa)
Frayburq 1 - 0 Makkabi (Təl-Əviv)
(Almaniya – İsrail)
Bolonya 2 - 2 Seltik
(İtaliya – Şotlandiya)
Malmö 0 - 1 Srvena Zvezda
(İsveç – Serbiya)
Brann 3 - 3 Midtyülland
(Norveç – Danimarka)
Roma 2 - 0 Ştutqart
(İtaliya – Almaniya)
Reyncers 1 - 0 Ludoqorets
(Şotlandiya – Bolqarıstan)
Dinamo 4 - 1 FKSB
(Xorvatiya – Rumıniya)
Zalsburq 3 - 1 Bazel
(Avstriya – İsveçrə)
Braqa 1 - 0 Nottinqem Forest
(Portuqaliya – İngiltərə)
Ferensvaroş 1 - 1 Panatinaikos
(Macarıstan – Yunanıstan)
Nitsa 3 - 1 Qo Ehed İqlz
(Fransa – Niderland)
Selta 2 - 1 Lill
(İspaniya – Fransa)
Utrext 2 - 0 Genk
(Niderland – Belçika)
Birbaşa 1/8 finala yüksələnlər
Turun ardından sona 1 tur qalmış “Aston Villa” (İngiltərə) və “Lion”un (Fransa) turnir cədvəlində ilk 8-liyi təmin edərək birbaşa 1/8 finala yüksəldiyi dəqiqləşib.
Pley-offu təmin edən komandalar:
“Bolonya” (İtaliya), “Braqa” (Portuqaliya), “Selta” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Fənərbaxça” (Türkiyə), “Ferensvaroş” (Macarıstan), “Frayburq” (Almaniya), “Genk” (Belçika), “Midtyülland” (Danimarka), PAOK (Yunanıstan), “Portu” (Portuqaliya), “Betis” (İspaniya), “Roma” (İtaliya), “Ştutqart” (Almaniya) və “Viktoriya” (Çexiya).
Reqlament və son tur
Avropa Liqasının reqlamentinə əsasən, 1–8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9–24-cü yerlərin sahibləri isə pley-off mərhələsinə yüksəlirlər.
Liqa mərhələsinin sonuncu – 8-ci turunun bütün oyunları 30 yanvar, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.