"Ayntraxt"ın 11 qol vuran oyunçusu "Qarabağ"la oyunda olmayacaq - SƏBƏB
“Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”la keçiriləcək oyuna ciddi itki ilə çıxacaq.
90plus.az xəbər verir ki, hücum xəttinin əsas oyunçularından olan Conatan Burkardt bu vacib qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Almaniya millisinin üzvü hazırda zədə səbəbindən sıradan çıxıb. 25 yaşlı hücumçunun fevral ayının əvvəlində meydanlara dönməsi gözlənilir. Burkardt cari mövsümdə Frankfurt klubunun heyətində iştirak etdiyi 17 rəsmi qarşılaşmada 11 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Altı turdan sonra Azərbaycan təmsilçisi 7 xala malikdir, Almaniya klubunun hesabında isə 4 xal var.
© Copyright 2026, All Rights Reserved