“Ayntraxt”ın futbolçusu: “Qarabağ bizi hər səhvimizə görə cəzalandırdılar”
“Ayntraxt”ın müdafiəçisi Rasmus Kristensen Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”a qarşı keçirilən və 2:3 hesablı məğlubiyyətlə başa çatan oyundan sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, danimarkalı futbolçu komandasının gözləntiləri doğrultmadığını vurğulayıb və rəqibin üstün oyun nümayiş etdirdiyini bildirib:
“Bu gün meydanda göstərdiyimiz oyun bizi qane edə bilməz. Lazımi səviyyədə çıxış etmədik. Hesabda irəli keçməyimizə baxmayaraq, çox qısa müddətdə qol buraxdıq və bu cür səhvlər belə oyunlarda bağışlanmır.
'Qarabağ’ oyuna nəzarəti ələ aldı və bunu sona qədər qoruyub saxladı. Onlar etdiyimiz yanlışlıqlardan maksimum faydalandılar və bizi hər səhvimizə görə cəzalandırdılar”.
© Copyright 2026, All Rights Reserved