Bakı yeni yarışın ev sahibi olacaq
Bakıda karate üzrə Qran Pri təşkil olunacaq.
90plus.az xəbər verir ki, aprelin 5-də Sərhədçi Olimpiya İdman Mərkəzində başlanacaq müsabiqəyə 4 qitədən 20-yə yaxın ölkədən 1000 karateçi qatılacaq.
İki gün davam edəcək turnirin rəsmi açılışı aprelin 5-də saat 15:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved