“Barselona” Ferran Torres və Markus Reşforddan razıdır
“Barselona”nın Ferran Torres və Markus Reşfordun çıxışlarından məmnun olduğu və hər iki futbolçunu növbəti mövsüm də komandada saxlamağı planlaşdırdığı bildirilir.
90plus.az xəbər verir ki, Ferran Torres cari mövsümdə “Barselona”nın heyətində ən məhsuldar futbolçudur. İspaniyalı hücumçu 26 oyunda 15 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Markus Reşford isə 28 qarşılaşmada 7 qol və 11 assistlə komandasına töhfə verib. İngiltərəli futbolçu əsasən ehtiyatdan meydana çıxmasına baxmayaraq, daha çox qol epizodunda iştirak etməsi ilə diqqət çəkib və bu göstəricidə Ferran Torresi üstələyib.
Ferran Torresin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Markus Reşford isə mövsümün sonunda “Mançester Yunayted”ə qayıtmalıdır. Kataloniya klubu yalnız futbolçunu birdəfəlik transfer edə biləcəyi halda onu heyətdə saxlaya bilər.
© Copyright 2026, All Rights Reserved