"Barselona" növbəti qələbəsini qazandı
La Liqada lider “Barselona” səfərdə növbəti qələbəsini qazanıb. Kataloniya təmsilçisi çempionatın 22-ci turunda “Elçe”nin qonağı olub.
90plus.az xəbər verir ki, “Manuel Martines Valero” stadionunda keçirilən qarşılaşma “Barselona”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın qollarını 6-cı dəqiqədə Lamin Yamal, 40-cı dəqiqədə Ferran Torres və 72-ci dəqiqədə Markus Reşford vurub. “Elçe”nin heyətində isə 29-cu dəqiqədə Rodriqes fərqlənib.
Bu qələbə sayəsində “Barselona” xallarının sayını 55-ə yüksəldərək liderliyini qoruyub. “Elçe” isə 24 xalla turnir cədvəlində aşağı sıralarda qalıb.
MATÇDA VURULAN QOLLARIN VİDEOLARINA BU CÜMLƏYƏ KLİK EDƏRƏK KEÇİD EDİN
© Copyright 2026, All Rights Reserved