"Barselona" transferi açıqladı - Geri döndü
“Barselona” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən sabiq futbolçusu Joao Kanselonu mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.
90plus.az xəbər verir ki, klubdan verilən rəsmi məlumatda “Barselona” ilə “Əl-Hilal” arasında portuqaliyalı cinah müdafiəçisinin mövsümün sonunadək icarəsi ilə bağlı razılığın əldə olunduğu bildirilib. Açıqlamada Kanselonun komandada 2 nömrəli formanı geyinəcəyi də qeyd olunub.
31 yaşlı portuqaliyalı müdafiəçi daha əvvəl 2023/24 mövsümündə “Mançester Siti”dən icarə əsasında “Barselona”nın formasını geyinmiş və 42 oyunda meydana çıxmışdı.
© Copyright 2026, All Rights Reserved