“Barselona”da itki: Ferran Torres sıradan çıxdı
“Barselona”da zədəlilərin sayı artmaqda davam edir. Kataloniya klubunun futbolçusu Ferran Torres “Barselona” ilə “Real Sosyedad” arasında keçirilən oyunu əzələ problemləri ilə başa vurub.
90plus.az xəbər verir ki, Ferran Torres komanda ilə birlikdə Praqaya səfər etməyəcək və Çempionlar Liqasında “Slaviya Praqa”ya qarşı keçiriləcək oyunu buraxacaq. İspaniyalı hücumçu eyni zamanda La Liqanın bazar günü baş tutacaq “Real Ovyedo” ilə görüşündə də meydana çıxa bilməyəcək.
Bununla belə, “Barselona”nın tibbi heyəti futbolçunu qısa müddətdə bərpa etməyə çalışacaq. Mənbələr zədənin ciddi olmadığını və Ferran Torresin yaxın günlərdə yaşıl meydanlara qayıda biləcəyini bildirir.
Digər tərəfdən, gənc futbolçu Lamine Yamal da zədə səbəbindən Çempionlar Liqasında Praqada keçiriləcək qarşılaşmada “Barselona”ya kömək edə bilməyəcək.
© Copyright 2026, All Rights Reserved