"Bayern Münhen"in əsas oyunçularından biri zədələndi
Almaniyanın “Bayern Münhen” klubunda ciddi kadr itkisi yaşanıb.
90plus.az xəbər verir ki, son çempionun müdafiəçisi Yosip Stanişiç zədə səbəbindən sıradan çıxıb. Bu barədə Münhen təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.
Xorvatiyalı futbolçu Bundesliqanın 16-cı turunda “Volfsburq”a qarşı keçirilən və 8:1 hesabı ilə yekunlaşan qarşılaşmada xəsarət alıb. 25 yaşlı sağ cinah müdafiəçisinə sağ ayağının topuq nahiyəsində bağ zədəsi diaqnozu qoyulub. Onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd: Yosip Stanişiç bu mövsüm "Bayern Münhen”in heyətində çıxdığı 11 rəsmi oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved