“Benfika” klubunun yarımmüdafiəçisi Andreas Şölderup Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.
90plus.az xəbər verir ki, norveçli futbolçu “Real”la keçirilən və 4:2 hesabı ilə başa çatan qarşılaşmada iki dəfə fərqlənərək komandasının pley-off mərhələsinə yüksəlməsində mühüm rol oynayıb.
Şölderup bu mükafat uğrunda yarışda “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisteri, “Çelsi”nin hücumçusu Joao Pedronu və “Bayer”in yarımmüdafiəçisi Malik Tillmanı qabaqlayıb.
© Copyright 2026, All Rights Reserved